вторник, 11 марта 2014 г.

modul12

Axşamınız xeyir,Aysel müəllimə.Güc də olsa bu günün bloqunu yazıram.Bu gün bütün günlərdən maraqlı oldu.
Sonunda 12 günün nəticəsini gördük.Ümidvaram ki,işimi bəyəndidiz.Ancaq bir şeyi başa düşmədim :niyə Sahibə müəllimə o qədər aqressiv davrandı?O, görəsən özü öz işini bəyəndimi?Elə buna görə də mən
öz fikirlərimi bildirmıdim.Çünki onların xasiyyətinə bələdəm.Gecəniz xeyrə qalsın.Hamınızın bayramını təbrik edirəm.Etera müəllimə.

понедельник, 10 марта 2014 г.

modul11

Bu gün biz Fasilitasiya sənədi üzərində iş apardıq.Müəllimin bir fasilitator kimi fəaliyyəti haqda yeniliklər əldə etdik.Günün sonunda sorğu finiş startı işlədik.Bu günümüzü də belə başa vurduq .İnşallah, son günümüzü də bu cür uğur və müvəffəqiyyətlərlə sona çatdırarıq.

modul4

Bu gün biz hər birimiz öz layihəmizin ətrafında müzarikələr apardiq.Mən öz mövzumla bağlı bir çox yeniliklər əldə etdim.Bu gün əvvəlki günlərə nisbətən daha az yoruldum .Arzu edirəm ki,layihəm uğurlu alınsın,

Ağla qaranın fərqi

Bu layihəni işləyib hazırlayarkən biz bir çox nəticələrə gəlib çıxdıq.Biz anladıq ki, həyat təzadlarla doludur.
Həyatda həm "ağ", həm də "qara" rəngli  insanlara rast gəlmək olar.Amma hər kəs öz "rənginə" uyğun işlər görür.Kimi yaşadığı ömur boyunca ancaq yaxşılıqlar etməyə çalışır, kimi də hər zaman başqalarına ziyan vurmağa,pisliklər etməyə can atır.Biz bu cür insanlar haqda eşidib öyrəndikcə daha çox dərk etməyə başladıq
ki, insan hansı yaşda olmasından,hansı cinsdən olmasından asılı olmadan, hansı məslək sahibi,hansı irqin nümayəndəsi olmasından asılı olmadan həyatda tutduğu yolu ölçüb biçməli,pisliklərdən uzaq olmalıdır.
Xeyirxah insanlar hər zaman -istər cəmiyyətdə,istərsədə Allah yanında-sevilir və hörmətli olur.
Biz tarixdən rast gəlmişik ki,xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz yaxşı əməlləri ilə,etdiyi böyük xeyriyyə
çiliklərlə insanlar tərəfindən sevilmiş və adı bu gün də dillərdə dastan olmuş,Azərbaycan tarixinə öz möhürünü vurmuşdur.Düşünürük: nə üçün biri Mələk, digəri Şeytan?!.Müqayisə edirik:Mələk Zeynalabdin Tağıyev kimi xeyirxahlar,Şeytan isə Şər kimi ziyankarlar,insanları sevməyənlər,pislik sahibləri.
Bizə belə bir sual versəydilər ki,sizcə göyərçin qalib gələr, yoxsa bayquş?.Biz belə cavab verərdik:
----- Əlbbətə göyərçin.Çünki göyərçin ağ rəngdədir   və  hər zaman sülh tərəfdarı olub, ona görə də onu
"sülh göyərçini" adlandırıblar.Bayquş isə sevilməyən quşdur,çünki hər zaman uğursuzluq rəmzii kimi tanınıb.
Deməli insanlar da belədir:Göyərçinlər xeyirxahlar, Bayquşlar isə ziyankarlardır.
Biz VII-sinif şagirdləyirik.Bu layihənin üzərində işləyərkən biz bir daha əmin olduq ki, hər zaman Xeyir kimi
xeyirxah olmağa,Şər kimi pisliklərdən uzaq olmağa çalışmalıyıq.

modul10

Biz bu gün  pedaqoji şura keçirdik.Hər kəs öz fikirlərini söylədi,çox maraqlı fikirlər və müzakirələr
oldu.Biz iki yeni qiymətləndirilmə növü ilə tanış olduq:diferensiallaşma və bloq çekilist.Adini eşidib,
lakin anlayışım olmadığı bu qiymətləndirmə növləri ilə yaxından tanış oldum və bu mənim üçün həm
maraqlı, həm də aydın oldu.Umidvaram ki, gələcəkdə,  öz iş fəaliyyətimdə bu qiymətləndirmə növlərindən istifadə edə biləcəyəm.

воскресенье, 9 марта 2014 г.

modul9

Bu gün biz qiyməyləndirmə nümunəsinin hazırlanması ilə tanış olduq.Oz layihəmi yenidən nəzərdən keçirdim.Müəyyən dəyişikliklər etdim.Bu gün hiss etdim ki,çox şey oyrənə bilmişəm.İnşallah uğurlu nəticə əldə edəcəyəm.

modul8

Bu gün biz şagird işini bloqda hazırlamaqla məşğul olduq.Partfoliomuzda topladığımız şəkilləri şagird bliqunda yerləşdirməyi mənimsədik.

суббота, 8 марта 2014 г.

modul 7

Bu gün çox maraqlı işlər görduk,yeniliklər əldə etdik.Prezi,Bobrdobr saytları ilə tanış olduq.YouToube saytından videoları Prezi saytında slaydlara əlavə etməyi öyrəndim.

modul 6

Bu gün 8 MART DQADINLAR günüdür.Bu münasibətlə bütün qadınları təbrik edirəm.Aysel müəllimə, sizə can sağlığı,xoşbəxtlik arzulayıram.İşimizə gəldikdə isə hələ günü yarı eləməmişik, amma mən artıq yorulmuşam.Xəyal müəllim bizə Google disk və sənədlərin birgə redaktəsi haqda məlumatlar verdi.
Layihəmizlə bağlı işlərimizi başa çatdırdıq. 

пятница, 7 марта 2014 г.

modul 5

Bu gün layihəmlə bağlı təqdimatların hazırlanmasına başladım.Çox yorulmağıma baxmayaraq bu gün gördüyümüz işlər mənim üçün həm maraqlı,həm də yararlı oldu.wiki saytıyla tanış oldum,bu da mənim üçün bir yenilik oldu.Əgər ortaya bir şey çıxara bilməsəm sizcə nə baş verəcək,ay Aysel müəllimə? 

среда, 5 марта 2014 г.

modul 3

Bu gün mən bir çox yeniliklər əldə etdim.Mənim üçün ən vacib olan məsələ bu gün mövzumuzla bağlı apardığımız müzakirələr oldu.Təməl ,mövzu, məzmun suallarını bir-birindən ayırmağı bacarmaq,layihəni necə hazırlıyacağım haqqda məlumatlar əldə etdim vəbu mənə layihəmi işləyib hazırlamaqda inanıram ki, çöx kömək edəcək.

вторник, 4 марта 2014 г.

Modul 2

Bu gün dünənkindən daha maraqlı oldu.Həm az yoruldum,həm də yeni müzakirələr apardiq.Müəllimlər öz bu günkü tapşlrlla bağlı öz təəsütatlarını bölüşdülər.

Modul 1

Dünən təlimə başladığımız ilk gqn idi.Əvvəlcə bu təlimdə iştirak etmək istəmirdim.Çünki səhhətim bir az buna imkan vermirdi.Amma Aysel müəllimə ,sizi gördukdən sonra gldiyimə peşman olmadım.Bir də mən elə hesab edirəm ki,bu təlim biz müəllimlər üçün çox vacibdir.Mən öz gələcək planlarımdan ötrü ,yəni mən də sizin kimi təlimlərə qatılmaq istədiyim üçün(təlimçi kimi fəaliyyət göstərmək üçün) bu təlimin mənə çox şey verə biləcəyini düşünürüəm.Xəyal müəllim məni danladı ki,bir az da gördüyün işlərdən yaz .Baş üstə ,Xəyal müəllim.Amma onu da bilin ki,bu təəsüratlar mən daha çox vacibdir.Elmi bilikləri mənb çox yerdə əldə edə bilərəm,amma sizlə tanışlıq mənim qçün daha maraqlı oldu.Günün sonunda Leysan müəllimlə görüşməyim mənim üçün hər şeyə dəydi.